Nefrologiya

  Klinikamızda aşağıdakı nefroloji xəstəliklərin diaqnostikası və müalicəsi aparılır.

- Kəskin və xroniki qlomerulonefritlər
- Uşaqlarda hipertenziya
- Tubulyar xəstəliklər
- Reflyuks nefropatiyası, diabetik nefropatiya
- Böyrəyi zədələyən metabolik və sistem xəstəlikləri
- Pielonefrit
- Böyrəklərin polikistozu
- Xroniki böyrək çatışmazlığı (XBÇ) erkən diaqnostikası və profilaktikası
- Həmçinin klinikamızda, qlomerulonefritlərin növünü təyin etmək üçün, böyrək biopsiyası olunur

  Böyrək biopsiyası

  Böyrək biopsiyası uşaq və böyüklərdə böyrək xəstəliklərinin morfoloji diaqnozu, proqnozu və müalicəsində yol göstərilməsi baxımından çox önəmli müayinə metodudur. Son 20 ildə USM və avtomatik biopsiya iynələrinin istifadəsi, prosedurun daha güvənli və uğurlu keçməsinə şərait yaratmışdır.

   Böyrək biopsiyasına göstərişlər.

   Uşaqlarda böyrək biopsiyasına ən çoxgöstəriş steroidə cavabsız nefrotik sindromdur.Steroidə cavab verən nefrotik sindrom uşaqlarda  minimal dəyişikliklər xəstəliyi olaraq qəbul edilir və biopsiyaya gərək olmur.Qlükokortikoidlərə cavabsız nefrotik sindromlarda qlomerulonefritin növünü təyin etmək üçün biopsiya olunur.Bu tip xəstələrdə ən çox görülən qlomerulonefrit fokal seqmental qlomerulosklerozdur(FSQS). Ortostotik olmayan və davamlı proteinuriya FSQS,membranoz qlomerulonefrit (MQN) və ya membranoproliferativ qlomerulonefrit (MPQN) kimi qlomerulonefritləri düşündürür.Böyrək biopsiyası bu xəstəliklərin histoloji diaqnozunu qoymaq üçün aparılır.                                           

  Böyrək biopsiyasına digər göstərişlər İg Anefropatiyası,Alport sindromu və ya incə bazal membran xəstəliyi düşünülən,hematuriyalı xəstələrdir.Ayrıca uşaqlarda sürətlə proqressivləşən kəskin qlomerulonefritlərdə də biopsiyaya ehtiyac var. Hemodinamik və ya nefrotoksik mənşəli kəskin böyrək çatışmazlıgında böyrək biopsiyasına ehtiyac yoxdur.

       Böyrək biopsiyası kəskin və xroniki rədd,dərman toksikliyi, əsas xəstəliyin təkrarını göstərmək üçün  transplant xəstələrində də aparılır.

    Uşaqlarda renal biopsiyaya göstərişlər

    Əsas göstərişlər

- Steroidə cavabsız nefrotik sindrom

- Ortostotik olmayan davamlı proteinuriya

- Qalıcı qlomerulyar hematuriya

- Atipik və ya düzəlməyən qlomerulonefrit

- Sürətlə proqressivləşən qlomerulonefrit

- Nefrotik sindromla kəskin böyrək çatışmazlıgı

- Böyrək tutulumu olan sistemik xəstəliklər(vaskulit,Metabolik xəstəliklər)

- Renal alloqraft disfunksiyası

- Bilinməyən səbəbli xroniki böyrək çatışmazlıgı

  Nisbi göstərişlər

- Müalicəyə cavabı görmək üçün
- Dərman toksikliyini görmək üçün
- Renal alloqraftların protokol biopsiyası

Böyrək biopsiyasına əks göstərişlər

- Müalicəyə tabe olmayan agır hipertenziya
- Tənzimlənməyən qanın laxtalanması
- Tək böyrək
- Kəskin pielonefrit

 Nisbi əks göstərişlər

- Agır azotemiya/terminal XBÇ
- Böyrəyin anatomik anomaliyaları
- Koaqulopatiya
- Xroniki pielonefrit
- Sidik yolu infeksiyası
- Şiş
- Hamiləlik



 

 

 

Uşaqlarda XBÇ-a gətirən səbəblər

1) 2 tərəflireflyuks,hidronefroz,böyrəklərin displaziyası,meqaureter

2) Qlomerulonefritlər (FSQS,Membranoz QN,

   Mezangioproliferativ QN, Membranoproliferativ

  QN,RPQN)

3) Böyrəklərin polikistozu (ADPX,ARPX,Nefronoftizis)    

4) Hemolitikuremik sindrom

5) Digərləri   (Fankoni,DRTA,PRTA,Sistinoz,Amiloidoz)

 

    Böyüklərdə XBÇ-a gətirən səbəblər

1) Şəkərlidibet (Diabetik nefropatiya)

2) Arterialhipertenziya

3) Qlomerulonefritlər (FSQS, Membranoz QN,

   Mezangioproliferativ QN, Membranoproliferativ

  QN,RPQN)

4) Böyrəklərinpolikistozu (ADPX,ARPX, Nefronoftizis) 

5) Digərləri (Piylənmə, amiloidoz, böyrək vərəmi, böyrək daşı xəstəliyi)

 

 

     Xronik böyrək xəstəliyindən qorunmaq üçün:

 

Sağlıqlı qidalanın və bədən çəkinizi normal saxlayın
Duzu azaldın
Yetərli maye qəbul edin 
Zərərli vərdişlərdən uzaq olun 
Ağrı kəsici dərmanlardan qaçın
Qan təzyiqi və qan şəkərinizi mütəmadi olaraq ölçdürün
Risq qrupunda olan xəstələr uroloq və nefroloqun mütəmadi kontrolda olmağı məsləhətdir. 

 

                            

 

      Xroniki böyrək çatışmazlıgı zamanı pəhriz:

 

Qidalanma yüksək kalorili,az zülallı olmalıdır.

1.XBÇ-da gündəlik qəbul olunan zülal miqdarı 1 qr/kq-ı keçməməlidir.Alınan zülalın orqanizmdə yaxşı mənim-sənilmısi üçün,heyvan mənşəli zülalla zəngin olan qida-ların qəbulu məsləhətdir.


2.Qidalanma  karbohidrat və yagların hesabına yüksək kalorili olmalıdır(2500-3000kkal/gün).

 3.Böyrəklər qanda Na-un miqdarını tənzimləyən əsas orqanlardandır.Ödem və yüksək təzyiq olduqda duzun miqdarı azaldılmalıdır (3-5 qr).Yeməyin ləzzətini artırmaq üçün duz əvəzinə ədviyyatlar istifadə etmək olar.

4.XBÇ-da qanda K-un miqdarı yüksələ bilər.Bunun üçün tərkibində K olan qidaların miqdarı azaldılmalıdır.Həmçi-nin antihipertenziv dərmanlardan angiotenzin ingibitorla-rı(kaptopril,lizinopril və s.) və angiotenzin 2 reseptor blo-katorları (lozartan) qanda K-un miqdarını artırır.

 

Kaliumdan zəngin qidalar:

  • Qurudulmuş meyvələr
  • Çərəz
  • Kartof,kök,göbələk
  • Banan,qovun
  • İspanaq və s.

XBÇ-da Fosforun qanda miqdarının artmasına səbəb olur.

Bu da sümüklərdə kalsiumun azalmasına,sümüklərin köv-rəkləşməsinə,əzələ gücsüzlüyü və oynaq agrılarına səbəb olur.

 

  Fosfordan zəngin qidalar:

  • Süd və süd məhsulları
  • Ət,balıq və balıq məhsulları
  • Şokolad,kakao,biskivit

​ 

Belə xəstələrə yeməklə birlikdə Fosfor baglayıcı dərmanlar verilir.

XBÇ-nın başlanqıç mərhələsində su qəbuluna məhdudiy-yət yoxdur.Sonrakı mərhələlərdə sidik miqdarı azaldıqda qəbulu bir gün öncəki sidik miqdarına görə olmalıdır.

 


Aşagıdakı qidalar məsləhət görülmür:

  Balıq, dəniz məhsulları

• Məsləhət görüləndən artıq süd, yumurta, ət, toyuq,  

• Zeytun, konservalar,turşular

• Sosiska,kolbasa,qaraciyər, beyin,böyrək,dalaq,ürək dil, işkəmbə 

• Alkaqollu içkiler, gazlı içkiler

• Kofe, neskafe, kakao,şokolad

• Çərəz (cəviz, fındıq, badam), qurudulmuş meyvələr 

• Qargıdalı,lobya,noxud,bulqur ,mərcimək

•Kartof,çugundur,ıspanaq,kərəyiz

• Banan, qovun, kivi, avakado

• Tərkibi bilinməyən hazır qidalar, ət suyu tabletləri, qabartma tozu,