Fizioterapiya

Sidik ifrazı aktı pozğunluğu olan xəstələr ( gecə yerini isladan , sidiyi saxlaya bilməyən və s) fizioterapiya şöbəsində müalicə qəbul edirlər. Burada respublikada ilk dəfə olaraq kresloşəkilli maqnitoterapiya aparatı ilə fizioterapiya müalicəsi aparaılır.

Fizioterapevtik müalicənin aparılma məqsədi

•Ağrıların aradan qaldırılması
•İltihabın azaldılması
•Ödemlərin aradan qaldırılması
•Qan dövranının yaxşılaşdırılması
•Hüceyrə və toxumaların qidalanmasının (trofikasının) yaxşılaşdırılması
•Regenerasiya müddətinin qısaldılması
(toxumaların bərpa olunması müddəti)
•Spazmaların aradan qaldırılması
•Vegetativ sinir sisteminin stabilizasiyası
•Neyrohumoral requlyasiyanın bərpa olunması