Uşaqlar üçün Uroloji şöbə

KRİPTORXİZM

    

     Bir və ya hər iki xayanın xayalıqda olmamasına kriptorxizm deyilir .Əgər xayalar xayalığa 1 yaşa kimi enməzsə, mütləq cərrahi əməliyyat  məsləhətdir. Kriptorxizm tez-tez rast gələn anadangəlmə qüsurdur. Kriptorxizmə bəzən cinsiyyət üzvünün ağır anomaliyaları (hipospadiya,epispadiya) ilə birlikdə rast gəlinir.Bu anomaliya vaxtında doğulan oğlan uşaqlarının 3-5%-ində ,vaxtından əvvəl doğulan  uşaqların isə 30-33% -ində rast gəlinir.Vaxtından əvvəl doğulan oğlan uşaqlarının  70-77%-ində ilk 3 ayda xayalar spontan olaraq xayalığa enir. Ümumilikdə bir tərəfli  68-70%, iki tərəfli   30-32%   müşahidə olunur.Sağ tərəfli  70%,sol tərəfli isə 30% müşahidə olunur.

    Əlli illik təcrübəmiz göstərir ki,əvvəllər olduğu kimi, indi də, orxipeksiya əməliyyatının vaxtını 3,5,10 yaş olaraq məsləhət görən həkimlər, xəstələrin cərrahi müalicəyə ehtiyac olmadığını ifadə edib, müxtəlif medikamentoz müalicə üsullarından  (xorionqonadotropin , profazi, kriptokur) istifadə edərək,  kriptorxizmin müalicə olunacağına dair valideynlərə vədlər verirlər. Bu müalicə isə tamamilə səhv olub, nəticədə sonsuzluğa gətirib çıxarır. Biz də, öz növbəmizdə, medikamentoz müalicədən sadəcə yalançı kriptorxizm olan uşaqlarda istifadə edirik.

        “Kriptorxizmdə bir yaşından sonra xayada histopatoloji dəyişikliklər başlandığı üçün,1 yaşından əvvəl edilən orxipeksiya sonsuzluq riskini azaldır. Kriptorxizm olan xəstələrdə 1 yaşında xayalarda nəzərə çarpan dəyişikliklər getdiyi üçün orxipeksiya əməliyyatı 1 yaşına qədər aparılmalıdır. Iki tərəfli kriptorxizmdə  1 yaşa qədər əməliyyat aparılmasa, sonsuzluq labüddür və müalicə  olunmur”.
Donald Smit- Amerika   “UROLOGIYA” -2005 səh.669

 

Kriptorxizmin  müxtəlif formalar var: ,həqiqi(abdominal, qasıq) və yalançı.

                                

 Kriptorxizm





 

  Kriptorxizmin baş verməsini iki əsas faktorla əlaqələndirirlər. Bunlar mexaniki maneə və hormonal səbəblərlə bağlıdır.

  -  Xaya xayalığa düşüb qalxırsa, buna yalançı kriptorxizm deyilir. Bu uşaqlara konservativ  müalicə məsləhət görülür. Əgər konservativ müalicə zamanı müsbət nəticə olunmursa, cərrahi əməliyyat olunmalıdır.

   - Xayalığa enməmiş xayalarda müəyyən dəyişikliklər baş verir: ölçüləri kiçilir, qan damarları və xaya artımı müəyyən qədər inkişafdan qalır, peritonun yataq çıxıntısı çox zaman açıq qalır, xayalığın müvafiq tərəfi də zəif inkişaf etmiş olur. Enməmiş xayalarda spermatogenez funksiyası ya zəifləmiş olur, ya da tamamilə itir. Belə dəyişikliklərin baş verməsinə səbəb, xayalara ətraf toxumaların təzyiqi, damarların zəif inkişaf etməsi və xayalığa nisbətən qarın boşluğunda temperaturun yüksək olmasıdır.

Beləliklə, kriptorxizmin aşağıdakı fəsadları mövcuddur:

 1. Xayanın atrofiyası

  2. Sonsuzluq (iki tərəfli kriptorxizm zamanı);

  3. Xayanın bədxassəli şişə çevrilməsi;

Bizim təcrübəmizdə 2000 nəfərdən cox xəstə kriptorxizm diaqnozu ilə cərrahi əməliyyat aparılmışdır.

 

 

 

 

 

                         XAYANIN BURULMASI                                               

  

 

 

                                HİDATİDİN BURULMASI  

          Bəzi həkimlər kəskin xayalıq sindromu zamanı səhv olaraq orxid və ya orxiepidimid diaqnozu ilə uzun müddət konservativ müalicə aparırlar. Bu da xayaların atrofiyasına səbəb olur.   

 

 

               HİPOSPADİYA NƏDİR?

 

    Hipospadiya cinsiyyət üzvünün anadangəlmə qüsuru olub, sidik kanalının xarici dəliyinin öz yerində yerləşməməsidir.  Hər 100-150 oğlan uşaqlarından birində hipospadiya müşahidə edilir.

 Hipospadiyanın tac şırımı formasına  xalq arasında səhvən peyğəmbəri sünnəti deyilir. Bu zaman sidik kanalının xarici dəliyinin dar olması (meatostenoz) nəticəsində nazik şırımla sidiyə gedirsə əməliyyat aparılır (meatotomiya).

Hipospadiya zamanı cinsiyyət üzvünün əyriliyi müşahidə edilir.

 

 

 

 

 Belə xəstələrə kiçik yaşlarda – 1 yaşa qədər əməliyyat aparılaraq cinsiyyət üzvünün əyriliyi düzəldilir. Sonra  uşağ 3-5 yaşa çatanda cinsiyyət üzvünün dərisindən istifadə edilərək sidik kanalı formalaşdırır,yəni yeni sidik kanalı düzəldirilir. Bu əməliyyat bir mərhələdə aparılır.

 

      

     Cinsiyyət üvzvünün düzləndirilməsi

 

 

  

 

     

      Cinsiyyət üvzvünün formalaşdırılması

 

 

 

 

 

 

Hipospadiyalı əməliyyat olunmuş uşaqların normal sidik ifrazı

     

    

              Hipospadiyanın ağır formalarında cinsiyyət üzvü kiçik , əyilmiş, pis inkişaf etmiş olduqda və xayaların xayalıqda olmaması müşahidə edildikdə belə uşaqların cinsinin təyini zamanı, doğum evində bəzi hallarda qız kimi hesab edilib səhvə yol verir.

 

                 SİDİK KİSƏSİNİN NEYROGEN DİSFUNKSİYASI

                                                  (ENUREZ)

   Sidik ifrazı pozğunluqları ­­­­­­­­­­­­­- gecə qeyri-iradi sidik ifrazı, tez tez sidik yoluna getmək ,gündüz imperativ çağırış zamanı sidiyi saxlaya bilməmək insanlar arasında çox yayılmış bir haldır.

   Yeni doğulmuş uşaqlar sidik kisəsinin boşalmasına nəzarət edə bilmirlər. Körpə uşaqlarda mərkəzi sinir sistemi tam inkişaf etmədiyi üçün sidik kisəsinə nəzarət onurğabeyni səviyyəsində birləşən reflektor qövs-tərəfindən həyata keçirilir. Baş beyin bu prosesdə iştirak etmir.

   Körpələrdə sidik ifrazına çağırış hissiyyatı olmur. Reflektor sidik ifrazı 2-3 yaşına kimi davam edir. Bu dövrdə uşaq sutka ərzində 20 dəfəyə qədər sidiyə gedir. 2-3 yaşından başlayaraq sidik ifrazının sayı getdikcə azalır. Bu sidik kisəsinin tutumunun artması, sidik ifrazını tormozlayan mərkəzi xarakterli refleksin inkişafı ilə əlaqədardır. Bu dövrdə uşaqlarda sidik kisəsinin dolu olması hissiyyatı yaranır və sidik ifrazına çağırış hissiyyatı formalaşmağa başlayır. 

  3-4 yaşında sidik ifrazı aktı üzərində tam nəzarət yaranır. Uşaqlarda sidik ifrazı aktını iradi olaraq idarə edir, lazım olanda sidiyi saxlaya bilir. Əvvəlcə gündüz qeyri-iradi sidik ifrazı, 3-4 yaşın sonunda isə gecə sidiyi saxlaya bilməmək keçib gedir. Gecə sidik ifrazına olan nəzarətin çox gec yaranması, bu prosesin çox çətin requlə nizamlandığını göstərir.

  “Enurez” - qədim yunan sözü olub, gecə qeyri-iradi sidik ifrazı deməkdir. Bu xəstəlik sidik kisəsinin neyrogen disfunksiyasının bir simptomu olub, xüsusən məktəb yaşına qədər olan uşaqlar arasında çox (10%), 15 yaşından sonra isə nisbətən az (2%) təsadüf edilir. Enurezin aşkar edilməsi və müalicəsi təkcə tibbi sahadə deyil, həm də sosial bir problemdir. Çünki bu xəstəlik uşağın şəxsiyyət kimi inkişafına maneçilik törədir.

  Sidik ifrazının  tezləşməsi, gündüz sidik saxlamazlıq bu xəstəliyin əlamətlərindəndir. Belə uşaqlar sidiyə imperativ çağırış zamanı sidiyi saxlamaq üçün bədənlərini önə doğru əyir, ayaqlarını çarpazlaşdırır, aşağı oturub dabanları ilə aralıq nahiyyəsinə təzyiq edir və s. bu kimi xəstəlik üçün xarakterik olan pozaları alırlar. Son  illər enurezin müalicəsində çox müsbət nəticələr əldə edilmişdir.

 

Səhər siydiyi saxlaya bilməyən uşaqlar aşağdaki məcburu vəziyyatı alıllar.

​                                                     

     Belə şikayətlərlə bizim klinikaya müraciət edən xəstələrə kompleks urodinamik müayinə aparıldıqdan sonra böyrək və sidik kisəsinin ultrasəs müayinəsi, sidiyin və qanın ümumi tədqiqi qalıq sidiyin yoxlanılması aparılır. Sidik kisəsinin neyrogen disfunksiyası diaqnozu təstiq edilir. Belə xəstələrə  urodinamik müayinə aparılmamış müalicə başlamaq düzqün deyil. Bizim xəstəxanada 25 ildir ki “Sidik ifrazının pozğunluqları mərkəzi” fəaliyyət göstərir. 

 

 

Urodinamik müayinə- urofloumetriya.

Bu üsulla sidik ifrazı qiymətləndirilir. Alınan parametrlər.

 

 

Sidik buraxma aktının pozulması olan bütün xəstələrə urodinamik müayinələr vacibdir.

 

               UROFLOUMETRİYA ZAMANI:

 



          Sidik ifrazının spontan ritmi ev şəraitində yazılır, yəni xəstələrə 1 sutka ərzində ifraz etdiyi sidiyin miqdarı və vaxtını xüsüsi cədvələ yazmaq tapşırılır.

      Belə xəstələrə müalicə zamanı 1 il müddətində xüsusi rejim təyin edilərək (dənizdə,baseyndə, çayda çimmək, idmanla məşğul olmamaq, gecə sidik yoluna getmək üçün uşağın məcburi qaldırılması məsləhət görülmür).

     Beləliklə, biz 40 ildən artıq bir vaxt ərzində bu xəstəliklərin müalicəsində əldə etdiyimiz konkret nəticələr üzərində dayanmaq istərdik. Biz  belə hesab edirik ki, sidik kisəsinin neyrogen disfunksiyasının konservativ müalicəsində əsas yeri fizioterapevtik,rejim və medikamentoz müalicə tutur.

    Fizioterapevtik müalicə zamanı elektrostimulyasiya (rektal, vaginal, plastinkalı), sidik kisəsinə ultrasəslə təsir (şək.2), kvant - lazer, maqnitoterapiya, regionar olaraq sidik kisəsinin hipertermiyası (parafin, naftalan aplıkasiyası), metodlarından istifadə edilir. Disfunksiyanın fəsadı olan iltihabi xəstəliklər ( sistit,sidik yollarının infeksiyası vəs.), sidiklik-sidik axarı reflüksu detruzor - sfinkter pozğunluğu aradan qaldırılıldıqdan  sonra müalicəyə asan tabe olur.

 

 Sidik buraxma aktı pozulması olan bütün xəsətələrə,kompleks fizioterapevtik və medikamentoz müalicə mütləqdir.

 

               Fizioterapevtik müalicələr

 Anal,vaginal elektrostimulyasiya

 Kvant lazer terapiyası

 Ultrasəs terapiyası

 

Yastı elektrodla aralıq və sidik kisəsi nahiyyəsinin elekrostimulyasiyası

 

Elektrostimulasiya və ultrasəs müalicəsi aparatı (ABŞ istehsalı)

 

 

Maqnitoterapiya

 

 

Naftalan və ya parafin applikasiyası (ev şəraitində)

 

        Fizioterapevtik müalicə 1,5-2 ay fasilə olmaqla 4 kurs aparılır. Yuxarıda göstərilən kompleks konservativ müalicələrdən sonra 85-90% sağalma müşahidə edilir.