Böyüklər üçün uroloji şöbə

   Klinikamizda yaş həddindən asılı olmayaraq bütün xəstələrin böyrək, sidik yollarında ( sidik daşı xəstəliyi, böyrək və sidik kisəsinin şişləri, hidronefroz , sistit, prostat vəzinin adenoması ) və cinsiyyət üzvlərində rast gəlinən bütün xəstəliklərin konservativ müalicəsi və plastik cərrahi əməliyyatı aparılır. 2005-2010 cu illərdə klinikamızda 23 xəstəyə canlı (qohum) donordan böyrək köçürülmüşdür.